Rusiyalı rəqibinin əlini sıxmayan şahmatçı müzakirədədir

  • 4 Yanvar 2024, 22:03

Özbəkistanda keçirilən sürətli şahmat üzrə dünya çempionatında polşalı Yan-Kşiştof Duda rusiyalı rəqibi Denis Xismatullinin əlini sıxmayıb.

Sportlife.az xəbər verir ki, Polşa Seyminin keçmiş üzvü Yaçek Uilk Dudanın hərəkətini pisləyib.

"Siyasəti idmanla qarışdırmaq nəinki alçaq hərəkət, həm də onun mahiyyətinə ziddir. İdmançı nə ilə məşğul olduğuna qərar verməlidir - idman, yoxsa siyasət?!"– deyə Uilk sosial şəbəkələrdə paylaşım edib.

Beynəlxalq Şahmat Federasiyası polşalı şahmatçının cəzalandırmayacağını bildirib.


Paylaş: