Tanınmış şahmatçıdan sürpriz məğlubiyyət
Rusiyalı qrossmeyster Yan Nepomnyaşi Dünya Kubokunda mübarizəni dayandırıb.
Sportlife.az xəbər verir ki, tanınmış şahmatçı bununla 2026-cı il İddiaçılar Turnirinə vəsiqə şansını itirib.
O, FIDE reytinqində 237-ci yerdə olan hindistanlı Diptayan Qhoşa 0,5:1,5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi hazırkı dünya çempionu Dommaracu Qukeşlə qarşılaşacaq.