
Taekvondoçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar
Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turniri keçirilir.
Azərbaycan Taekvondo Federasiyasından Sportlife.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda Masallı Regional Taekvondo Mərkəzinin komandası da mübarizə aparacaq.
Turnirdə məşqçi Sadiq Ağayevin rəhbərliyi altında 3 idmançı gücünü yoxlayacaq.
Komandanın heyətində Pünhan Heydərli (30 kiloqram) uşaqların, Hüseyn Sadıqlı (33 kiloqram) və Murad Cahangirov (41 kiloqram) isə yeniyetmələrin mübarizəsində dayanq üzərinə çıxacaq.