Əfsanəvi tennisçi xərçəngə qalib gəldi

  • 21 Mart 2023, 12:30

Əfsanəvi tennisçi Martina Navratilova xərçəngə qalib gəlib.

Sportlife.az xəbər verir ki, o, bunu "Piers Morgan"a müsahibəsində deyib: “Bir neçə tanınmış həkim bildirdi ki, artıq məndə xərçəng yoxdur”.

66 yaşlı Martina etiraf edib ki, müalicə onun həyatında ən çətin sınaq olub. Keçmiş idmançı hələ də bir neçə həftə profilaktik məqsədlər üçün radiasiya terapiyası keçirməli olacaq.

Martina 1975-2006-cı illərdə peşəkar tennis oynayıb. O, təkli mübarizələrdə 167, cütlü yarışlarda isə 177 turnirin qalibi olub. Bu nailiyyətlərin hər ikisi kişilər və qadınlar üçün bütün zamanların mütləq rekordudur.


Paylaş: