Azərbaycanlı hakim avrokubok oyununda
Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte IF" komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.
Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.