Azərbaycanlı hakim ÇL-də
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov bu gün Çempionlar Liqasının oyununda baş hakim olacaq.
Sportlife.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası onu qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Eczacıbaşı” (Türkiyə) və “Olimpiakos” (Yunanıstan) klubları arasında baş tutacaq qarşılaşmaya təyin edib.
Matçın 2-ci hakimi vəzifəsini isə polşalı Voytsex Marojek icra edəcək.