Millimizin meneceri Rumıniyada

  • 6 Yanvar 2026, 13:28

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyunu çərçivəsində baş tutacaq "CSM Korona" (Rumıniya) – "Volley Şönenverd" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. 

Görüş yanvarın 7-də Rumıniyada keçiriləcək.


Paylaş: