
Coşqun Diniyev "Zirə"yə keçir
"Sabah"la yollarını ayıran Coşqun Diniyev karyerasını "Zirə"də davam etdirməyə yaxındır.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi "qartallar"la razılıq əldə edib. Onunla 2 illik müqavilə imzalanacaq.
Coşqun Diniyev "Sabah"dan əvvəl "Qarabağ" və "İnter" klublarında çıxış edib.