UEFA Besiktas - Leypziq gorusunu azerbaycanli hakimlere tapsirdi, Besiktas - Leypziq komandalarinin gorusunu azerbaycanli hakimler

UEFA Beşiktaş - Leypziq görüşünü azərbaycanlı hakimlərə tapşırdı

  • 12 Sentyabr 2017, 11:00

Sentyabrın 26-sı keçiriləcək "Beşiktaş" - "Leypziq" komandalarının görüşünü azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Sportlife.az xəbər verir ki, söhbət UEFA Gənclər Liqasında yarışacaq U-19 komandalarının oyunundan gedir. Görüşün baş hakimi FİFA referisi Rəhim Həsənov olacaq. Ona Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. 

Qeyd edək ki, Azərbaycanın daha bir FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin "Vitoriya Gimaraynş” (Portuqaliya) – "Zalsburq” (Avstriya) görüşünə təyinat alıb.


Paylaş: