Tomas Muller Besiktasla oyun barede iddiali danisdi, Bavariya

Tomas Müller Beşiktaşla oyun barədə iddialı danışdı

  • 11 Dekabr 2017, 23:33

"Bavariya" Çempionlar Liqasının 1/16 final mərhələsi çərçivəsində "Beşiktaş"a rəqib olub. Sportlife.az xəbər verir ki, püşkü dəyərləndirən Bundesliqa nəhənginin ulduz üzvü Tomas Müller iddialı açıqlama verib.
 
28 yaşlı yarımmüdafiəçi öz meydanlarında qol buraxmadan turu keçəcəklərinə inandığını deyib: "Beşiktaş"ı "Leipziq" qarşısında izlədim. İlk matçda möhtəşəm azarkeş dəstəyi ilə "Leipziq"i təsir altına saldılar. Səfərdəki matçda diqqətli olmalıyıq. Bununla belə qəbul etməliyik ki, daha güclü olan komanda bizik. Püşkdən narazı deyilik. Öz meydanımızda qol buraxmadan turu keçəcəyimizi düşünürəm".
 
Qeyd edək ki, bu komandalar arasında ilk duel fevralın 20-də, Almaniyada baş tutacaq. Cavab qarşılaşması isə martın 14-də keçiriləcək.

Paylaş: