Azərbaycanda qitə çempionatının oyunlarını idarə edə biləcək hakim yoxdu?

Azərbaycanda qitə çempionatının oyunlarını idarə edə biləcək hakim yoxdu?

  • 29 Yanvar 2018, 10:29

 Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları bəlli olib.


Sportlife.az xəbər verir ki, Yanvarın 30-da start götürəcək qitə birinciliyinin oyunlarına ikisi ehtiyat olmaqla 20 hakim alıb.

Ən təəssüfləndirici məqam 18 hakim arasına referilərimizdən heç birinin adının daxil edilməməsidi. Türkiyə, İngiltərə, Finlandiya kimi futzalı zəif ölkələrin ədalət təmsilçiləri isə qitə birinciliyində iş başında olacaqlar. İspaniya, İtaliya və Macarıstanın hər birindən 2 hakim həlledici mərhələyə təyinat alıb.

Rusiya, Portuqaliya kimi milli komandası və daxili çempionatı güclü olan ölkələrdən cəmi bir ədalət təmsilçisi iş başında olacaq. Siyahıda Fransa, Çexiya, Xorvatiya, Rumıniya kimi ölkələrin də hakimləri var. Ehtiyat referilərdən biri Yunanıstanı, digəri isə Makedoniyanı təmsil edir. 


Siyahını diqqətinizə çatdırırıq: Sasa Tomic (Xorvatiya), Ondrej Cerny (Çexiya), Cedric Pelissier (Fransa), Balazs Farkas, Gabor Kovacs (hər ikisi Macarıstan), Marc Birkett (İngiltərə), Xuan Xose Kordero Qallardo, Alejandro Martinez Flores (hər ikisi İspaniya), Angelo Galante, Alessandro Malfer (hər ikisi İtalya), Timo Onatsu (Finlandiya), Eduardo Jose Fernandes Coelho (Portuqaliya), Bogdan Sorescu (Rumıniya), Vladimir Kadykov (Rusiya), Amir Zahovic (Sloveniya), Kamil Cetin (Türkiyə)


Ehtiyat hakimlər: Vasileios Christodoulis (Yunanıstan), Josip Barton (Makedoniya)


Paylaş: