Ramil Şeydayev millidən uzaqlaşdırıldı

Ramil Şeydayev millidən uzaqlaşdırıldı

  • 6 Noyabr 2017, 16:29

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosova yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Sportlife.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilmiş “Kəpəz” - “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib. 

Futbolçunun Kosova yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.


Paylaş: