İdmançılarımız Qran Pridə iştirak edəcəklər
Azərbaycan ağırlıqqaldıranları iyunun 8-də Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-prisində iştirak edəcəklər.
Sportlife.az xəbər verir ki, 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.
2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 72 ölkədən 409 idmançının qatılacağı gözlənilir.