Azərbaycan Kuboku: "Turan Tovuz" 1/4 finalda
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Sportlife.az xəbər verir ki, açılış oyuunda “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olub. "SOCAR Polymer Arena"dakı görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Adını 1/4 finala yazdıran “Turan Tovuz” bu raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.
Günün digər oyununda isə “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.