Berdiyev: "Kubok oyunları gərgin keçir"
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ Qusar"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sportlife.az xəbər verir ki, rusiyalı mütəxəssis 1/4 finala vəsiqə qazandıqları matçla bağlı bunları deyib:
"Ümumiyyətlə, kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq. Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək üçün imkan verdik".