"Neftçi" kubokda da mübarizəni dayandırdı

  • Dünən, 21:42

Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, 1/8 finalda "Neftçi"ni qəbul edən "Zirə" 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Qolu 116-cı dəqiqədə Junior Martins vurub.

Qəsəbə təmsilçisi növbəti raundda "Difai" – "Sumqayıt" duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" 1/4 finala yüksələn ilk komanda olmuşdu. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.


Paylaş: