Kapitan kimi 200-cü oyun

  • Dünən, 13:08

Misli Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Sportlife.az xəbər verir ki, Mahmudov 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubiley oyununda komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Mahmudov ilk dəfə 2017/2018 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə kapitan sarğısı ilə başlayıb.

Qeyd edək ki, E.Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.


Paylaş: