Yığmanın heyətində dəyişiklik

  • Dünən, 18:29

"Çelsi" və İngiltərə millisinin müdafiəçisi Ris Ceyms yığmanın oktyabrda keçiriləcək yoldaşlıq görüşlərini buraxacaq.

Sportlife.az xəbər verir ki, onu "Mançester Siti"nin futbolçusu Niko O'Reyli əvəz edəcək. Ceyms "Liverpul"la matçda (2:1) zədələnib.

Oktyabrın 9-da İngiltərə Uelslə yoldaşlıq oyunu keçirəcək. Oktyabrın 14-də isə DÇ-2026-nın seçmə mərhələsində Latviya ilə qarşılaşacaq.


Paylaş: