
Buffonun oğlu A Seriyasında debüt etdi
Canluici Buffonun oğlu Lui Tomas A Seriyasında debüt edib.
Sportlife.az xəbər verir ki, "Piza"nın forvardı "Bolonya"ya 4:0 hesabı ilə qalib gəldikləri oyunun 77-ci dəqiqəsində əvəzetmədən meydana çıxıb.
Lui Buffon 2025-ci ildən bu klubda çıxış edir. O, daha əvvəl İtaliya Kubokunda debüt etmişdi.
47 yaşlı Canluici Buffon isə 1995-ci il noyabrın 19-da - 17 yaşında "Parma"nın heyətində "Milan"a qarşı A Seriyasında debüt edib.