
"Real"ı "Marsel"ə dəyişə bilər
"Marsel" "Real"ın hücumçusu Endriki icarəyə götürməkdə maraqlıdır.
Sportlife.az xəbər verir ki, bu transfer qış transfer pəncərəsində baş tuta bilər. 19 yaşlı braziliyalı oynaya biləcəyi kluba getmək niyyətindədir.
Endrikin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.