
Keçmiş "Real"lıdan sabiq "Barselona"lıya təbrik
Belçika millisinin sabiq futbolçusu Eden Azar PSJ-nin hücumçusu Usman Dembelenin "Qızıl top" mükafatını qazanmasını şərh edib.
Sportlife.az xəbər verir ki, o, fransalı forvarda görə xoşbəxt olduğunu bildirib:
"O, "Qızıl top"a layiq idi. Amma Yamalın belə gənc yaşda etdikləri həqiqətən inanılmazdır. 18 yaşına qədər bunu bacaran heç kimi tanımıram, bəlkə də Messidən başqa. Effektivlik adətən sonradan, təcrübə ilə gəlir.
Ancaq burada, deyəsən, 500 matçı olan 28 yaşlı futbolçu hər şeyi mükəmməl edir”.
Qeyd edək ki, Usman Dembele PSJ-yə "Barselona"dan keçib.