Mikelsin son durumu açıqlandı

  • Dünən, 16:06

Azərbaycan Premyer Liqasının VII turunun “Karvan-Yevlax”la oyununda zədə alan "Sabah"ın futbolçusu Coy-Lens Mikels tam tibbi müayinədən keçib.

Sportlife.az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, hücumçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya qanaxma halı aşkarlanmayıb.

Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.

Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.


Paylaş: