"Yuventus" 66 milyona "yox" dedi

  • Dünən, 14:32

"Yuventus" "Çelsi"nin yarımmüdafiəçi Kənan Yıldız üçün 66 milyon avroluq təklifi rədd edib.

Sportlife.az xəbər verir ki, 20 yaşlı türklə İngiltərə "Arsenal"ı yaxından maraqlanır. "Topçular" yarımmüdafiəçini izləmək üçün “Yuventus” – “Milan” oyununa skautlar göndərib. O, 69 dəqiqə meydanda olsa da, qol vura bilməyib.

Bu mövsüm Yıldız bütün 8 matçda 2 dəfə fərqlənib, 4 məhsuldar ötürmə edib. Onun klubla 2029-cu ilin yayına qədər müqaviləsi var.


Paylaş: