Ter Şetegen Premyer Liqa yolunda

  • Dünən, 16:50

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, qapıçı ilə 3 klub - “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” maraqlanır.

İddiaya görə, Kataloniya klubunun rəhbərliyi 33 yaşlı qolkiperi satmağı düşünür, çünki məqsəd heyəti gəncləşdirmək və Joan Qarsiyanı əsas qapıçı kimi sınamaqdır.

Ter Stegen 2014-cü ildən "Barselona"da çıxış edir, klubda 422 oyun keçirib,


Paylaş: