
Kannavaro rəsmən Özbəkistan millisində
Özbəkistan Futbol Assosiasiyası Fabio Kannavaronun yığmaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, 52 yaşlı mütəxəssis milli komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparacaq.
Mətbuatda yayılan məlumata görə, italiyalının maaşı ildə təxminən 4 milyon avro olacaq.
Fabio Kannavaro əvvəllər Çinin “Everqrand”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çin millisi, İtaliyanın “Benevento” və “Udineze”, Xorvatiyanın “Dinamo" (Zaqreb) klublarını çalışdırıb.