"Kəpəz" yeni qapıçı ilə anlaşdı
Bu ilin avqustunda Kosovonun "Malişeva" klubuna keçən Yusif İmanovun legioner həyatı qısa çəkib.
Sportlife.az xəbər verir ki, qolkiper yenidən Azərbaycana qayıdıb.
"Kəpəz"lə anlaşan futbolçunun tezliklə müqavilə imzalayacağı gözlənilir. Hələlik sözləşmənin detalları açıqlanmır.
Qeyd edək ki, Yusif İmanov Kosovo klubuna "Sabah"dan keçmişdi.