"Kəpəz"dən ilk legioner transferi

  • Dünən, 11:42

"Kəpəz” qış fasiləsində növbəti transferini həyata keçirib.

Sportlife.az xəbər verir ki, Gəncə klubu Mate Abuladzeni heyətinə qatıb. Gürcüstanlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Transfer dəyəri 200 min avro olan 25 yaşlı oyunçu ölkəsinin “Samqurali” klubundan transfer olunub. Futbolçunun keçidi yaxın müddətdə açıqlanacaq.

Mate Abuladze “Samqurali”nin heyətində ümumilikdə 118 rəsmi oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl "Turan Tovuz"dan Veysəl Rzayevi heyətinə qatıb.


Paylaş: