Kurban Berdıyev: "Bizim azarkeşlər ən yaxşısıdır"

  • 9 Dekabr 2024, 22:10

"Turan Tovuz" Misli Premyer Liqasının XVI turunda "Şamaxı"nı son dəqiqələrdə vurduğu qolla 3:2 hesabıyla məğlub edib.

Sportlife.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev görüşlə bağlı fikirlərini səsləndirib:

"İki fərqli hissə oldu. Birinci hissə bir qədər akademik, ləng, həvəssiz və istəksiz idik. İkinci hissədə isə tam əksi oldu. Ümumilikdə uşaqların xarakter nümayiş etdirmələrinə sevinirəm. Qələbəni Denis Marandiçiyə həsr edirik. Oyunda da uşaqlar onun formasını nümayiş etdirdilər. Hər an bizimlədi. Hər zaman komanda ilə əlaqədədir. Bizim azarkeşlər ən yaxşısıdır. Qələbədə onların da payı var. Hər yerdə bizimlədirlər. Hətta elə olur ki, səfərdə oynamağımıza baxmayaraq tribunada bizim azarkeşlər daha çox olur".


Paylaş: