"Neftçi - "Qarabağ": Qərarlar açıqlandı

  • 19 Fevral 2025, 13:36

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Sportlife.az xəbər verir ki, Misli Premyer Liqasının XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ”la oyunda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə 800, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Bakı klubu 1000 manat cərimə edilib. Ağdam təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb. Qarşılaşmanın 22-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komanda isə 1500 manat cərimələnib.

Azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “köhlən atlar” daha 1000 manat ödəyəcək.

Bundan başqa, “Turan Tovuz”la matçda “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 1000 manat cərimə edilib.


Paylaş: