PSJ-dən yeni rekord

  • Dünən, 14:53

PSJ Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Brest”i 7:0 hesabı ilə darmadağın edib.

Sportlife.az xəbər verir ki, bu, Paris klubunun tarixində ən böyükhesablı avrokubok qələbəsidir.

Liqa 1 təmsilçisinin bundan əvvəlki ən böyükhesablı zəfəri 2001-ci ilin avqustunda Çempionlar Liqasının qrup mərhələsində "Seltik"lə matçda (7:1) qeydə alınıb.

Qeyd edək ki, PSJ 1/8 finalda "Liverpul" və ya "Barselona" ilə qarşılaşa bilər.


Paylaş: