"Real"ın şikayəti təmin edilmədi

  • Dünən, 18:40

Apellyasiya Komitəsi "Real"ın yarımmüdafiəçisi Cud Bellingemin cəzasını ləğv etməyib.

Sportlife.az xəbər verir ki, "kral klubu"nun apellyasiya şikayəti təmin olunmayıb. Bu səbəbdən o, La Liqada "Jirona" (23 fevral) və "Betis"lə (2 mart) matçları buraxacaq.

Bellingem İspaniya çempionatının 24-cü turunun “Osasuna” ilə oyununda (1:1) hakimlə danışdıqdan sonra birbaşa qırmızı vərəqə alıb. İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi ingiltərəli futbolçunun baş hakim Munuera Monteroya dediyi sözləri təhqiredici hesab edib.

Bellingem isə "Osasuna" ilə oyundan sonra hakimi təhqir etmədiyini və ona pis söz demədiyini bildirib.


Paylaş: