Fransalı futbolçu "Milan"dan ayrıla bilər

  • Dünən, 13:22

“Milan”ın müdafiəçisi Teo Hernandes İtaliya A Seriyasını İngiltərə Premyer Liqasına dəyişə bilər. 

"Sportlife.az" xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunun transferində maraqlıdır.

“Milan” fransalı oyunçunu yay transfer pəncərəsində 50 milyon avroya buraxa bilər. Hernandesin italiyalılarla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. 

Hernandes İtaliya çempionatının cari mövsümündə 21 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2019-cu ildən Milan komandasında çıxış edir.


Paylaş: