Donnarumma klubdan ayrılır?

  • Bu gün, 12:53

"İnter"in idman direktoru Piero Ausilio PSJ-nn qapıçısı Canluici Donnarummanı transfer edəcəkləri ilə bağlı məlumatlara münasibət bildirib.

"Sportlife.az" xəbər verir ki, o, bu məlumatları təkzib edib: 

"Əlbəttə, Donnarummanın müqaviləsi başa çatdıqdan sonra, onunla maraqlana bilərik. Amma 2026-cı il hələ çox uzaqdadır. PSJ-nin buna icazə verəcəyini düşünmürəm. Əgər hər şeyə real baxsaq, Yann Sommer və Xosep Martinez kimi iki əla qapıçımız var”.

Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrılaraq PSJ-yə keçib. 


Paylaş: