
"İnter"in qapıçı əməliyyat olundu
"İnter"in qapıçısı Yann Sommer əməliyyat olunub.
Sportlife.az xəbər verir ki, 36 yaşlı qolkiper bir müddət əvvəl baş barmağını sındırıb. O, dünən əməliyyat olunub və uğurlu alınıb. Qısa istirahətdən sonra gələn həftə qapıçının bərpa prosesinə start veriləcəyi bildirilir.
İsveçrəli futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 28 qol buraxıb və 19 qapısını təmiz saxlayıb.