
İnqilab Məmmədov cəzalanıb?
İnqilab Məmmədov Premyer Liqanın XXII turunun "Sabah" - "Turan Tovuz" oyunundan sonra baş hakim kimi təyinat almır.
Sportlife.az xəbər verir ki, çimərlik futbolu üzrə FIFA referisi XXIII turda ümumiyyətlə iş başında olmayıb.
Məmmədovu bu tur da meydanda görməyəcəyik. Ona bugünkü "Neftçi" - "Sumqayıt" matçında VAR hakimi kimi təyinat veriblər.
Bu məqamda ortaya belə bir sual çıxır: Məmmədov cəzalandırılıb?
Məhz bu sualla AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayevə müraciət etdik. Onun cavabı isə belə oldu: "Xeyr, bunun cəza ilə əlaqəsi yoxdur. Yəqin, elə məsləhət görüblər".