Klublarımız UEFA reytinqində neçəncidir?

  • Dünən, 17:46

Avropada klubların reytinq cədvəli yenilənib.

Sportlife.az xəbər verir ki, avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra siyahıda bəzi dəyişikliklər olub.

Reytinq cədvəlində yer alan 7 Azərbaycan klubu arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 32.000 xalla 66-cı pillədə qərarlaşıb. "Neftçi" 8.000 xalla 187-ci, "Zirə" 4.000 xalla 310-cudur.

“Sabah” (4.000) 311-ci, “Sumqayıt” (4.000) 315-ci, "Qəbələ" (3.000) 329-cu, "Şamaxı"(2500) 330-cu sıradadır. 

Qeyd edək ki, Azərbaycan ölkələrin sıralamasında 28-ci pillədədir.


Paylaş: