"Çelsi"nin hədəfi çempionluq deyil

  • Dünən, 18:34

"Çelsi"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasındakı çempionluq şanslarını dəyərləndirib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis əsas hədəflərinin mövsümü ilk dörd komanda arasında bitirmək olduğunu bildirib:

“Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Zədələr çətin dövr keçirməyimizin əsas səbəblərindən biridir. 5-6 önəmli futbolçu sıradan çıxdı. Mən matçlarda qalib gəlmək və klubu titullar uğrunda mübarizə aparmaq üçün buradayam. Bu, mənim ilk gündən niyyətim olub".

Qeyd edək ki, "Çelsi" 25 turdan sonra turnir cədvəlində 6-cı yerdədir.


Paylaş: