"Kəpəz" Premyer Liqadakı yerini qoruya biləcəkmi?

  • Dünən, 20:27

AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərarlara əsasən, Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün formatında dəyişikliklər edilib. Yeni mövsümdən etibarən ölkə çempionatında 12 komanda çıxış edəcək. Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda elitanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq. 

"Kəpəz" 23 turdan sonra 19 xalla 9-cu yerdə qərarlaşıb və aşağı liqaya düşmə təhlükəsi olan klubların siyahısındadır. 

Görəsən, Gəncə təmsilçisi Premyer Liqadakı mövqeyini qoruya biləcəkmi?
Millinin sabiq müdafiəçisi Aftandil Hacıyev bununla bağlı Sportlife.az saytına açıqlama verib. O, "sarı-göylər"in elitada qalmaq üçün sonadək mübarizə aparacağını bildirib:

"Kəpəz" çempionata qışdan sonra  daha yaxşı start verdi. Son zamanlar yeni sponsorun mümkün gəlişi də komandada motivasiyanı yüksəldib. Premyer Liqada qalmaq üçün əllərindən gələni edirlər. Sonadək mübarizə aparacaqlarını düşünürəm".


Paylaş: