Millimizdən qolsuz start

  • Dünən, 19:06

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Sportlife.az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan yığma Bakıda Monteneqronu qəbul edib. Qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.

“Liv Bona Dea Arena”da keçirilən oyunu qazaxıstanlı baş hakim Tatyana Sorokopudova idarə edib.

Qeyd edək ki, Azərbaycan milli komandası növbəti turda Litvanın qonağı olacaq. Matç aprelin 4-də keçiriləcək.


Paylaş: