
Azərbaycan çempionatının oyunları təxirə salındı
Peşəkar Futbol Liqası Azərbaycan II Liqasında XIV turun oyunlarını təxirə salıb.
Sportlife.az xəbər verir ki, buna səbəb Bakıda və regionlarda davam edən qarlı hava şəraitidir.
II Liqanın 24-25 fevralda keçirilməsi nəzərdə tutulan oyunları 27-28 fevral və 1 marta təxirə salınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.