
Ozobiç "Neftçi"yə qələbə qazandırdı
Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi" "Sumqayıt"a qalib gəlib.
Sportlife.az xəbər verir ki, "Neftçi Arena"da gerçəkləşən turun açılış oyununda "ağ-qaralar" 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 90+3-cü dəqiqədə penalti zərbəsindən Filip Ozobiç vurub.
Paytaxt təmsilçisi hazırda 27 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərartlaşıb.
Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.