
Qvardiola komandadan göndərilə bilər
"Mançester Siti" rəhbərliyi komandanın baş məşqçisi Pep Qvardiola ilə yolları ayırmaq istəyir.
"Sportlife.az" xəbər verir ki, klub komandanın cari mövsümkü nəticələrindən narazıdır. "Mançester Siti"nin Çempionlar Liqasının pley-offunda mübarzəni dayandırması isə rəhbərliyin səbr kasasını daşdırıb.
Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə ən uyğun variant "Bayer"in baş məşqçisi Xabi Alonso hesab olunur. "Şəhərlilər"in rəhbərliyi Alonsonun ortaya qoyduğu oyun tərzini bəyənir.
Xatırladaq ki, ötən il Xabi Alonso “Bayer”lə Bundesliqanı və Almaniya kubokunu qazanıb.