
"Real" almaniyalının transferindən imtina edib
"Real" "Bayern"in müdafiəçisi Coşua Kimmixi transfer etmək barədə fikrini dəyişib.
Sportlife.az xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı. Lakin hazırda klub Kimmixin komanda üçün o qədər də vacib oyunçu olmadığını düşünür.
Kimmix cari mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxb, 1 qol vurub və 12 məhsuldar ötürmə verib. O, 2015/2016 mövsümündən “Bayern”də çıxış edir.