
Haaland "Liverpul"la oyunda oynayacaq?
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 26-cı turunun "Liverpul"la oyununu buraxa bilər,
Sportlife.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola danışıb. O deyib:
"Haaland oynayacaq? Mən hələ də bunu bilmirəm. Sabah öyrənəcəyik. Bəli, bəlkə də oynaya biləcək, amma hələlik dəqiq məlumat yoxdur. Bu gün və sabah məşq edəcəyik. Sonra o, testlərdən keçəcək”.
“Mançester Siti” - "Liverpul" matçı fevralın 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.