
MY uruqvaylıya 100 milyon avro təklif edəcək
"Barselona"nın kapitanı Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Mançester Yunayted" uruqvaylı mərkəz müdafiəçisini transfer etmək istəyir.
"Qırmızı şeytanlar" yayda 25 yaşlı futbolçu üçün İspaniya klubuna 100 milyon avroluq rəsmi təklif göndərəcək.
"Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında ölkəsinin "Boston River" klubundan transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.