
"Real"da ingiltərəli üçün mübarizəyə qoşuldu
"Borussiya"nın futbolçusu Ceymi Gittens daha bir klubun transfer planına daxil olub.
Sportlife.az xəbər verir ki, "Çelsi"dən sonra "Real" da ingiltərəli vingeri transfer siyahısına daxil edib.
"Kral klubu" 20 yaşlı ön xətt oyunçusunun çıxışını yaxından izləyir və onu yayda heyətinə qatmağı planlaşdırır. Almaniya klubu gənc futbolçuya 102 milyon avro qiymət qoyub.
"Borussiya" Ceymi Gittensi 2022-ci ilin sentyabr ayında "Mançester Sİti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.