Renat Dadaşovun yeni klubu... - SON DƏQİQƏ

  • Dünən, 12:56

Millimizin futbolçusu Renat Dadaşov özünə yeni komanda tapıb.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, "Ankaragacü"ndən ayrılan hücumçu karyerasını Polşada davam etdirəcək.

Futbolçu bu gün yeni klubu ilə müqavilə imzalayacaq. Komandanın adını dəqiqləşdirə bilməsək də, Dadaşovun illik maaşının 300 min avro olacağı məlumdur.

Qeyd edək ki, Renat Dadaşov karyerası ərzində "Eştoril", "Pasuş de Ferreyra", "Tondela" (hamısı Portuqaliya), "Vulverhempton" (İngiltərə), "Qrasshopper" (İsveçrə) və "Hatayspor"un (Türkiyə) formasını geyinib. Almaniya futbolunun yetirməsi olan futbolçu bu ölkə klublarının aşağı yaş qruplarında da çıxış edib.


Paylaş: