"Neftçi"dən sərfəli təklif almasa...

  • Dünən, 10:00

Azərbaycan millisinin sabiq futbolçusu Filip Ozobiç "Neftçi"dən ayrıla bilər.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, mövsümün sonunda müqaviləsi başa çatacaq Xorvatiya əsilli yarımmüdafiəçi təkliflərə açıqdır.

34 yaşlı oyunçu haradan sərfəli təklif alsa, ora da getməyə hazırdır. O, karyerasının son illərində daha çox pul qazanmaq istəyir.

Düzdür, Ozobiçin müqaviləsində müqavilə müddətinin sonradan daha 1 il uzadılması ilə bağlı bənd var. Amma futbolçu üçün bu bənd elə də önəm daşımır.

Qeyd edək ki, Filip Ozobiç "Neftçi"yə "Qarabağ"dan keçib. O, daha əvvəl ölkəmizdə "Qəbələ"nin də formasını geyinib.


Paylaş: