
De Bruyne "Real"a qarşı niyə oynamayıb?
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruynenin Çempionlar Liqasının pley-off mərhələsinin "Real"la cavab oyununda (1:3) iştirak etməməsinin səbəbi bəlli olub.
Sportlife.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi zədə səbəbindən vacib qarşılaşmada meydana çıxmayıb.
33 yaşlı oyunçu bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 26 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2 görüşün nəticəsinə (2:3, 1:3) əsasən rəqibinə uduzan "şəhərlilər" turnirlə vidalaşıb.