
Uruqvaylı üçün 16 milyon avro
"Spartak" mərkəz yarımmüdafiəçisi Rodriqo Salasarın transferi üçün "Braqa"ya 16 milyon avro təklif edib.
Sportlife.az xəbər verir ki, uruqvaylı futbolçunun agenti Moskva klubu ilə yekun danışıqlar üçün Rusiya paytaxtına uçub.
Qeyd edək ki, "Torino" da İvan İliçin transferi üçün analoji məbləği alacaqdı. Amma İtaliyaya pul köçürməsi ilə bağlı problemlər səbəbindən keçid son anda baş tutmayıb.